“Rusiyalı diplomatların mayın 9-da Varşavada sovet əsgərlərinin xatirə qəbiristanlığına gül dəstələri qoyması təxribatdır”.
Modern.az xəbər verir ki, bu barədə Polşa hökuməti başçısının ofisinin rəhbəri Mixal Dvorçik bildirib.
“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə və səfirə xüsusi nota göndərib ki, o, mayın 9-da planlaşdırdığı kimi anım tədbirlərində iştirak etməməlidir, bu hərəkətlər təxribat xarakteri daşıyır”,- Dvorçik deyib.
Qeyd edək ki, mayın 9-da Rusiyanın Polşadakı səfiri anım tədbiri zamanı vətəndaşlar tərəfindən hücuma məruz qalıb.