Modern.az

İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək

İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək

Aktual

11 May 2022, 13:16

Kənd təsərrüfatı naziri İnam Kərimov mayin 14-də, saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Modern.az xəbər verir ki, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2357767) müraciət edə bilərlər.

 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...