Modern.az

Makedoniya və ukraynalı ulduzlar Azərinin qonağı olacaqlar

Makedoniya və ukraynalı ulduzlar Azərinin qonağı olacaqlar

Aktual

18 Mart 2013, 15:25

 

Modern.az
xəbər verir ki, Azərbaycanın əməkdar artisti, uzun zamandır fəaliyyətini qardaş Türkiyənin TRT Avaz telekanalında apırıcı kimi davam etdirən Azərin bir neçə saatdan sonra növbəti qonaqlarını qarşılaycaq. 

«Azərinlə bir Avaz»da bu dəfə Makedoniya paytaxtı Skopyedən təşrif buyuracaq müğənni Suzana Gavazova və məhşurluğu ilə heç də geri qalmayan ukraynalı ulduz Güzel Muratova olacaqlar. 
 
Məlumat üçün onu da qeyd edək ki, «Azərinlə bir Avaz» Azərbaycan vaxtı ilə saat 22:00-da yayımlanacaq.

Novruz bayramı günlərinə təsadüf edəcək bu buraxılışı izləməyi unutmayın.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı