“NUR” Uşaq və Gənclərin İctimai Birliyi 16-17 mart 2013-cü il tarixində Bakı şəhərində ali təhsil müəssisələrinin tələbələri üçün İnsan Haqları təhsilinə əsaslanaraq, “Sülh quruculuğu” mövzusunda təlim keçirib. Qeyd edək ki, təlim Avropa Şurasının “Gənc Sülh Səfirləri” (Youth Peace Ambassadors) layihəsi çərçivəsində təşkil olunmuşdur. Təlimin əsas məqsədi tələbələrin qeyri-formal təhsil metodları vasitəsilə sülh quruculuğu mövzusunda üzərində məlumatlılığını artırmaqdan ibarət idi. İki gün ərzində keçirilən təlimdə 10 nəfər gənc mövzu ətrafında nəzəri biliklər əldə etməklə yanaşı, müxtəlif oyunlar, film sessiyaları və qrup fəaliyyəti ilə sülh mövzsuna müxtəlif aspektlərdən yanaşıblar. Təlimin koordinatoru “Gənc Sülh Səfirləri” layihəsində Azərbaycanı təmsil edən, “NUR” UGİB üzvü Aydan Kərimli, təlimçi qismində isə Fidan Kərimli və Tofiq Sadıxov olub.

Modern.az