Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, Azərbaycan Kooperasiyalar İttifaqının sədri Eldar Quliyev bu yaxınlarda Almaniyada Avropa Təbiət Elmləri Akademiyası tərəfindən Leybnis Qızıl Ordeni ilə təltif olunub.
Eyni zamanda deputat Hanover Təbiət Elmləri Akademiyası tərfindən “Avropa fəxri alimi” diplomuna layiq görülüb. Bu barədə Modern.az saytına Kooperasiyalar İttifaqının mətbuat xidmətindən məlumat verilib.
Bu mükafatların təqdimat mərasimində Azərbaycanın Almaniyadakı səfirinin birinci müavini Rizvan Nəbiyev, səfirliyin əməkdaşları, Azərbaycan diasporunun Berlindəki rəhbəri Samira xanım və diaspora nümayəndələri iştirak edib.





Mərasimə Türkiyədən olan deputatlar, qardaş ölkənin diaspor nümayəndələri də qatılıblar.
Tədbirdə Eldar Quliyev özünün yazdığı “Türkiyəm” şeirini səsləndirib. Bu şeir onlar tərəfindən böyük alqışla qarşılanıb.
Eldar Quliyevin "Türkiyəm" şeirini təqdim edirik.
Türkiyəm
Harda olsam yanımdasan,
Sağımdasan, solumdasan,
Düşmənimə sipər çəkib
Qarşımdasan Türkiyə!
Min illərdən keçib gəldik,
Bir ananın övladıyıq,
Dinimiz bir, dilimiz bir
Qan qardaşım Türkiyə!
Bir millətik, iki dövlət,
Bir-birinə həyanıq biz.
Bu dünyaya bəyanıq biz
Şan-şöhrətli Türkiyəm!
Kürsülərdən gəlir səsin,
Gah Nyu-Yorkdan, gah Davosdan...
Öz sözünü deyənsən sən,
Söz sahibi Türkiyəm!
Bir vaxt ayırdılar bizi,
Sən o tayda, mən bu tayda,
Həsrət ilə hey baxardıq,
Harda qaldı Türkiyəm!?
İndi yenə bir yerdəyik,
Qüdrətli bir dövlətik biz...
Düşmənlərə göz dağısan
Əzəmətli Türkiyəm!
Hər yerdə var sözün sənin,
Yox dünyada gözün sənin,
Torpağına xor baxana
Ordun yetər Türkiyəm!
Düşməninə əyilməyən,
Vətən üçün candan keçən
Məhmədçiyin vardır sənin
Ey qüdrətli Türkiyəm!
Bir tərəfin Qara dəniz,
Bir tərəfin Ağ dənizdir.
Dalğalanan qızıl bayraq
Heç vaxt enməz Türkiyəm!
Sən Türklərin Başkəndisən,
Millətlərin millətisən,
Çox dövlətin ümidisən,
Canım mənim Türkiyəm!
Birlikdə qərar veririk,
Dərdi-qəmi bölüşürük,
Sevincləri paylaşırıq,
Azərbaycan- Türkiyə!
Qeyd edək ki, Almaniyanın məhşur “Arcbiv euroeco” jurnalında Eldar Quliyevin böyük məqaləsi dərc olunub. Jurnalın birinci yazısı olan məqalə ciddi maraqla qarşılanıb.

Məlumat üçün onu qeyd edək ki, Mərakeşdə Fənlərarası Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi, “Təhsil, bilik və sosial inkişaf üzrə investisiya: Ərəb Dünyasında payı” başlığı altında 28-30 mart tarixində Fas Forumu keçirəcək. Forumda Azərbaycanı Eldar Quliyev təmsil edəcək. Deputata bununla bağlı Mərakeş Krallığının Bakdakı səfirliyindən dəvət gəlib. Səfir dəvəti ölkəsini rəhbərliyi adından Millət vəkilinə ünvanlayıb.
Forumda Amerika, Avropa ölkələri, ərəb ölkələri təmsil olunacaq.
Eldar Quliyev bu beynəlxalq tədbirdə Azərbaycanla bağlı çıxış edəcək.

Pərvin ARZUQIZI