Modern.az

İki Ermənistan vətəndaşı Azərbaycan tərəfə keçib

İki Ermənistan vətəndaşı Azərbaycan tərəfə keçib

Aktual

18 Mart 2013, 18:01


Martın 16-da Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16.50-də, martın 17-də isə Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16.20-də təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.
Bu barədə Modern.az saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik bildirib ki, əsirlərin hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır. Hazırda onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına veriliblər

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı