Modern.az

Şirvanda atışma olub: ölən və yaralanan var

Şirvanda atışma olub: ölən və yaralanan var

Aktual

18 Mart 2013, 19:12

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qətl hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, bir neçə dəqiqə bundan əvvəl qonşular arasında silahlı insident baş verib, nəticədə dörd nəfər güllə yarası alıb.

Onlardan biri, 24-25 yaşlarında olan Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib, şəxsiyyəti hələlik müəyyən olunmayan 3 nəfər isə Şirvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib. Polis qətl törədənin tapılması üçün əməliyyata başlayıb. Hadisənin təfərrüatı barədə məlumat veriləcək.

Yaralılar insident zamanı dünyasını dəyişmiş Aşurov Zaur Əliyusif oğlunun qardaşı, 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu, 1970-ci il təvəllüdlü Nağdəliyev Yavər Səyyar oğlu və 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Eldar oğludur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı