Nissan Azərbaycan Novruz bayramı ərəfəsində avtomobil sahibi olmaq istəyənlərə daha əlverişli satış şərtləri təklif edir.
İdeal şəhər avtomobil Nissan Micra almaq istəyən müştərilərdən bank və sığorta xərcləri daxil cəmi 1950 manat ilkin ödəniş etmək tələb olunur. 1 illik sığorta xərci Nurgün Motors-dan müştərilərə Novruz hədiyyəsi olunur.
Ekstravaqant görünüşlü dinamik krossover Nissan Juke modelini isə bank və sığorta xərcləri daxil cəmi 3500 manat ilkin ödənişlə əldə etmək mümkündür. 2 illik sığorta isə müştərilərə Nissan Azərbaycandan Novruz hədiyyəsi olunur.
Nissan Qashqai üçün ilkin ödəniş bank və sığorta xərci daxil olmaqla cəmi 4000 manat, Nissan X trail üçün ilkin ödəniş isə bank və sığorta xərci daxil olmaqla cəmi 4900 manatdır.
Hər iki model üçün 3 illik sığorta xərci Nurgün Motors-dan alıcılara hədiyyə ediləcək.
Nissan Azərbaycan Novruz öncəsi zəmanət müddətinə də yenilik etdi. İndi Nissan salonlarından alınan bütün Nissan modellərinə 5 il və ya 155 000 km zəmanət verilir.
Bu bayram Nissanla daha unudulmaz olacaq!


