Modern.az

Ermənistanla hava əlaqəsi quran Türkiyə əyaləti...

Ermənistanla hava əlaqəsi quran Türkiyə əyaləti...

Aktual

19 Mart 2013, 12:15


Türkiyəyə məxsus aviaşirkət Ermənistana uçuşlar həyata keçirməyə başlayacaq. Uçuşlar Türkiyənin Van və Ermənistan paytaxtı Yerevan şəhərləri arasında olacaq.

Reyslər Van şəhər valiliyi ilə aviaşirkət arasında aparılmış danışıqlar nəticəsində reallaşdırılacaq.

Van şəhər valisi Münir Karaloğlu BBC Azərbaycancaya bildirib ki, Borajet aviaşirkəti ilə aparılan danışıqlarda Van-Yerevan arasında çarter səfərlərinin gerçəkləşdirilməsi müzakirə olunur.

"Danışıqların nəticəsi şirkətin maraqlarına bağlıdır. İstər ticari, istərsə də turistik məqsədlə hər kəs bu uçuşdan yararlana biləcək" - vali Karaloğlu deyib.

Borajet aviaşirkətinin təmsilçisi Tunay Erdem bu il aprelin 4-dən başlayaraq Yerevana uçuşlara başlayacaqlarını bildirib.

Tunay Erdem BBC Azərbaycancaya deyib ki, Vanla Yerevan arasında olan birbaşa uçuşlar həftəfə 2 gün olmaqla 68-70 sərnişin tutumlu təyyarələr vasitəsilə həyata keçiriləçək.

Vanlı iş adamlarının Yerevanla birbaşa təyyarə reyslərindən gözləntiləri var.

Van Ticarət və Sənaye birliyinin rəhbəri Mirzə Nadiroğlu BBC Azərbaycancaya deyib ki, Türkiyə ilə Ermənistan arasındakı Alican sərhəd qapısı bağlı olduğundan vanlılar Ermənistana səfərlərini İran və Gürcüstan üzərindən edirlər. "Buna görə də biz birbaşa səfərləri reallaşdıra bilməyimiz üçün Nəqliyyat Nazirliyinə müraciət etmişik" - deyib vanlı iş adamlarının təmsilçisi.

Ermənistan hava yollarına məxsus təyyarə ilə həftədə 2 dəfə İstanbula uçuşlar həyata keçirilir. Biletlərin qiyməti təxminən 600 dollara satılır.

Van və İranın Azərbaycan vilayətləri

Ötən həftə Vandan İranın Azərbaycan vilayətləri olan Təbriz və Urmiya şəhərlərinə də uçuşlar başlayıb.

Bu uçuşlar da Borajet aviaşirkəti tərəfindən reallaşdırılır.

Van valisi Münir Karaloğlunun sözlərinə görə, bu uçuşlar "əhalisinin qohumluq əlaqələri olan bu 3 şəhərin daha da yaxınlaşmasına və tarixi, mədəni və ticarət əlaqələrinin genişləndirilməsinə imkan verəcək".

Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən Vanın İranla 320 kilometr quru sərhədi var.

Vali Karaloğlu deyib ki, bölgə iş adamlarının İranla ticarət əlaqərinin inkişaf etdirilməsi məqsədi ilə son dörd ildə Vanda, İqdirda, Urmiya və Agrıda əməkdaşlıq şurasının toplantıları keçirilib.

"Hazırda Vanın İranla təxminən 65 miyon dollar ixracı, 22 milyon dollar isə ixracatı var. Təyyarə reyslərindən sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq", cənab Karaloğlu deyib.

O əlavə edib ki, iqtisadi əlaqələri inkişaf etdirmək üçün Bakıya və Naxçıvana da təyyarə reyslərinin reallaşdırması planlaşdırılır.

Van Ticarət və Sənaye birliyinin rəhbəri Mirzə Nadiroğlu deyib ki, indiyə qədər yerli iş adamlarının İrana səfərləri qatar və avtomobillərlə olurdu, bu da vaxt itkisinə səbəb olurdu.

Van iş adamları İrana, əsasən, mebel və tekstil ixracı ilə məşğul olurlar. İrandan isə Vana meyvə-tərəvəz məhsulları idxal edilir.

"Təyyarə səfərləri operativ əlaqələrin qurulmasına imkan verəcək. Bunun nəticəsində ticarət dövriyyəsinin 50 faizə qədər artımını gözləyirik", Mirzə Nadiroğlu bildirib.

İlhamə Qasımlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı