Modern.az

MKM-in “qısa siyahısı” hələ təhlil olunur – Ekspert

MKM-in “qısa siyahısı” hələ təhlil olunur – Ekspert

Aktual

19 Mart 2013, 14:09


“Dünən Milli Kitab Müsabiqəsində (MKM) “onluğ”un seçilməməsinin səbəbi daha obyektiv nəticələr əldə etmək məqsədi daşıyır”. Bu sözləri Modern.az-a açıqlamasında MKM-nin Ekspertlər Şurasının üzvü Yaşar Əliyev deyib. O, qeyd edib ki, nəticələri Novruz bayramından sonra saxlama əsərləri daha dəqiqliklə analiz etmə ilə əlaqədardır.

“Burada başqa aşkar, yaxud gizli səbəb yoxdur. Sadəcə istədik ki, daha dəqiqliklə oxuyaq və “qısa siyahı” obyektiv olsun. Bayram tətilindən sonra ilk həftədə tədbirimiz olacaq, orada da  nəticələri açıqlayacayıq”, – deyə Y. Əliyev bildirib. Qeyd edək ki, MKM-də “qısa siyahı”ya düşəcək əsərləri müəyyənləşdirmək üçün keçiriləcək tədbir artıq ikinci dəfə təxirə salınır.  

Aytən Əliyeva

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı