“Culfa ” adlı sənədli filmini 2006-cı ildə Samvel Karapetyan çəkib. Həmin film Culfanın tarixindən və “mədəni genosidi”ndən bəhs edir. Filmdə deyilir ki, guya Azərbaycan əsgərləri ağır zirehli texnikanın köməyi ilə erməni tarixinin izlərini silmək məqsədilə erməni kilsələrini, qəbirləri tamamilə məhv edilib. BU ağ yalan və erməni təxribat maşınının növbəti uydurmasıdır”. Bunu Modern.az-a millət vəkili, tarixçi Musa Qasımlı deyib.
Qeyd edək ki, “Erməni filminin yenidən doğuşu” Film Şurası “Culfa” adlı filmi mükafatlandırıb.
Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, “Culfa” Milli film” mükafatı ilə təltif edilib. Erməni Arxitekturası Araşdırma Fondu tərəfindən çəkilən yeni təxribatçı kinolentdə “Naxçıvan Muxtar Respublikası ərazisindəki 1300 yaşlı məzarlığın dağıdılması”ndan bəhs edir. Ermənistan Milli Məclisinin təşəbbüsü ilə “Culfa” filmi Avropa Şurasının nümayəndə heyətinə də təqdim olunub və heyət filimin Strasburqda nümayiş etdirilməsinə qərar verib.
“Birinci Dünya müharibəsi illərinə həm Anadoluda, həm Cənubi Azərbaycandan köçən ermənilər Azərbaycanın digər əraziləri ilə yanaşı, Naxçıvana, o cümlədən Culfaya yerləşdirilib. Onların yerləşdirilməsinə erməni kilsə xadimləri və erməni xeyriyyə cəmiyyətləri rəhbərlik ediblər. Bu qurumlara aid sənədlərdə Birinci Dünya müharibəsi illərində Culfaya dəqiq nə qədər erməninin köçürülməsinə dair məlumat var. Bu məlumatlar arxiv fondlarında saxlanılır. Həmin məlumatlar isə doğru deyil. Ermənilərin Culfada məzarlarının yaşı 100 il qədərdir. Ola bilər ki, bir neçə erməni məzarı olsun, ancaq ermənilər buraya Birinci Dünya müharibəsi illərində gəlib. Bundan əvvəl isə 1828-ci ildə Azərbaycan bölüşdürüldükdən sonra ermənilər Naxçıvan ərazisinə yerləşdiriliblər. Bununla bağlı müəllifi olduğum “Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti” adlı 3 cildlik monoqrafiyamda faktlar və rəqəmlərlə daha dəqiq məlumatlar var”, – deyə M. Qasımlı qeyd edib.
Ulduz İbrahimova