Ombudsman Aparatının əməkdaşları müraciətləri olmayan Fərəməz Novruzoğlu və İlqar Məmmədovla görüşüblər. Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar.
Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, Ombudsman Aparatı İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın ünvanına barələrində olan istintaqla bağlı daxil olmuş müraciətlərlə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında araşdırma aparıb. Müvəkkilə müraciət edən saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib, müraciətləri yerində araşdırılıb. Həmin şəxslərdən saxlanılma şəraiti və rəftarla bağlı şikayət daxil olmayıb.
Bundan başqa, Ombudsman Aparatının əməkdaşları müraciətləri olmayan Fərəməz Novruzoğlu və İlqar Məmmədovla bir daha görüşüblər. Onlar saxlanılma şəraiti və rəftarla bağlı narazılıq etməyiblər. Müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Gültəkin Ələsgər