Modern.az

Deputatlar Avronest-in Brüsseldəki iclasına qatılıb

Deputatlar Avronest-in Brüsseldəki iclasına qatılıb

Aktual

19 Mart 2013, 15:29

Milli Məclisin deputatları Ceyhun Osmanlı, Məlahət İbrahimqızı və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial Komitəsinin iclasında iştirak etmək üçün Belçikanın Brüssel şəhərinə səfər ediblər. Modern.az-ın məlumatına görə, iclasda “Şərq tərəfdaşlığı ölkələrində yoxsulluqla mübarizə və sosial təcrid etmə” mövzusunda məruzə təqdim olunacaq.

Məruzə ətrafında müzakirələrdə deputatlarımız ölkəmizin maraqları mövqeyindən təkliflərini bildirəcəklər.

Qeyd edək ki, səfər martın 21-də başa çatacaq.

Gültəkin Ələsgər

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı