Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovu 75 illik yubileyi münasibəti ilə təbrik edib.
İ.İsmayılovun uzun müddət yüksək dövlət vəzifələrində çalışdığını, fəaliyyətdə olduğu dövr ərzində özünü yüksək əyarlı peşəkar kimi tanıtdığını və prinsipiallığından irəli gələrək təmiz reputasiya qazandığını qeyd edən Ə.Əliyev bu keyfiyyətlərinə görə onun cəmiyyətdə böyük nüfuz sahibinə çevrildiyini bildirib:
“İlyas müəllimin keçdiyi şərəfli həyat yolu onun milli və dövlət maraqlarını daim hər şeydən üstün tutduğunu əyani surətdə təsdiqləyir. Siyasi fəaliyyəti dövründə atdığı bütün addımlarla cəmiyyətdə qazandığı nüfuzunu daha da möhkəmləndirib. Bizim üçün də əlamətdar haldır ki, yaşının müdriklik çağında olan İlyas müəllim özünün ölkə siyasətindəki mövcudluğu ilə böyük nümunə göstərir. Mən bu yubileyi münasibəti ilə İlyas müəllimi səmimiyyətlə təbrik edirəm, ona uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayıram”.
Modern.az