Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsində sabiq müdafiə naziri Rəhim Qazıyevin "Azadlıq" qəzetində prezident İlham Əliyevə ünvanladığı müraciətə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, S.Novruzov R.Qazəyevin ünvanına çox sərt sözlər işlədib:
- Rəhim Qazıyev kimi şərəfsiz bir insanın bu günə kimi Azərbaycanda qalması, fəaliyyət göstərməsi və mətbuatda bu və ya digər yazılarla yer alması özü bir cinayətdir. Ən azından mənəviyatı olan hər bir azərbaycanlı, jurnalist, qəzet bu cür şərəfsiz bir insana öz səhifəsində yer ayırmamalıdır, bunu özünə mənəvi borc hesab etməlidir. Fikir verin, "Azadlıq" qəzetində buna yer ayrılır. Amma orada olan Əli Kərimli və onun dəstəsi Azərbaycan höküməti, dövləti ilə bağlı kimin müsahibə verirdiyini mütləq şəkildə dərk etməli idilər. Buna baxmayaraq qəzet və onun sahibi öz mənəviyyatına uyğun hərəkət edib. Belə ki, onlar hətta düşmən olsa belə, əgər kimsə dövlətin, iqtidarın əleyhinə söz deyirsə onun fikirlərini qəzet səhifəsinə məmuniyyətlə çıxarırlar. İkincisi, Rəhim Qazıyev kimi şərəfsizi Azərbaycan xalqı çox yaxşı bilir və tanıyır. Əgər Azərbaycan xalqı müdrik xalq olmasaydı onu çoxdan daş-qalaq edib, öldürər və it kimi sürüyərdilər. Onun bütün evi-eşiyi darmadağın edilərək, yandırılmalı idi. O, televizada xalq qarşısında çıxış edərək qeyd etdi ki, Şuşa əldən getsə, o şərəfsiz, satqın başına bir güllə vuracaq. Şuşadan sonra indi o çıxıb ortaya, cəmiyyət arasında danışır. Kişi sözü deyər və üstündə durar. Demək sən nakişisən ki, o gülləni başına vurmamısan. Çünki sənin kişiliyin ömrün boyu olmayıb. İndi durub bu insan kişilikdən danışır. Digər məsələ, Xocalıda azərbaycanlıları, uşaqları öldürəndə, orada evlər yandırılanda, qadınlara təcavüz olunanda sən R.Qazıyev Şuşada kef məclisi çəkirdin və Xocalıya heç bir kömək etmədin. Əksinə ermənilərə kömək edərək, onlara istiqamət verdin.
S.Novruzov R.Qazıyevi Azərbaycan torpaqlarının ermənilərin tərəfindən işğal olunmasında bilavasitə əli olan bir insan, Rusiyaya işləyən agent kimi də xarakterizə edib.
- Bu insan ömrü boyu Rusiya hərbi kəşfiyyatının tulası olub. Bax indi o tulalardır ki, ortaya çıxaraq söz deyirlər. Bu gün bunun kimi tula, şərəfsiz, biqeyrət bir insanın gəlib ölkə başçısına, dövləti qurub-yaradana müraciət edir. Azərbaycan cəmiyyəti bunu daş-qalaq etməlidir. Çünki bu insanın Azərbaycanda yaşamağa mənəvi haqqı yoxdur. Görün, ölkəmizdə nə qədər hümanist cəmiyyət var ki, bu cür şərəfsiz, tulalar da burada yaşayır. Bu gün bu insan əsgər ölümündən danışır. Sən deyildin ki, ay Rəhim Qazıyev, özünü, ayağını yalandan "lezva" ilə kəsərək 30-dan çox insanı güllə qabağına verdin. Ki, guya sənə sui-qəsd olub və bununla da ətrafında şou yaratdın. Sən orada Azərbaycan xalqının övladlarının güllələtdirdin. Bu insan Rusiya kəşfiyyatının agenti, tulası olubdur. Bu gün də R.Qazıyev o tulalığını davam etdirir. Amma Ulu öndər Heydər Əliyevin böyüklüyü onda idi ki, o 1993-cü ildə ölüm hökmünə moratorium qoydu. Bu da dahi şəxsiyyətin hümanistliyinin göstəricisi idi. Lakin həmin vaxt Rəhim Qazıyevi it kimi güllələməli idilər. Çünki o vətən xainidir. Moratoriumla ümummilli lider bu iti belə bağışladı. İndi bu insan gəlib, Azərbaycan cəmiyyətinə dərs verir.
YAP-çı deputat bildidib ki, R.Qazıyev rüşvət almaqla da məşğul olub:
- Rəhim Qazıyev ömrü boyu rüşvətlə məşğul olub. Vaxtikən Əbülfəz Elçibəy bu insana pul verib ki, gedib tank alsın. O isə 20 ədəd köhnə, istifadəyə yararsız tankı salıb içəri, rəngləyib və deyib ki, getdim tank aldım. Bu insan Dağlıq Qarabağ və ətraf rayonların işğal olunmasının ən böyük günahkarlarından biridir. 1992-ci ilin 15 mayında Rəhim Qazıyevin ən böyük arzusu hakimiyyətə gəlmək idi. Bu cür şərəfsiz indi gəlib Azərbaycan cəmiyyətində mövqe ortaya qoyursa, onda vay bizim halımıza.