Modern.az

ABŞ-ın Pensilvaniya ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın Pensilvaniya ştatı Xocalı soyqırımını tanıdı

Aktual

21 Mart 2013, 12:34

ABŞ-ın daha bir ştatı Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib. Modern.az anspress-ə istinadən bildirir ki, qətnamə Pensilvaniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qəbul edilib.

Qətnamədə Xocalı hadisələrinin Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir

Adıçəkilən qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır. Xocalı hadisələri 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir. Qətnamədə həmçinin Xocalı faciəsinin beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən adət hüququnun kobud şəkildə pozulduğu dəhşətli faciə kimi qiymətləndirildiyi əks olunur.

Qeyd edək ki, Pensilvaniya Azərbaycan xalqının başına gətirilən bu soyqırımı haqqında qətnamə qəbul edən ilk ştat deyil. Bundan öncədə ABŞ-ın Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tenesi ştatlarının qanunverici orqanlarıda Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edib.   

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı