Avronest Parlament Assamblyasının 18-21 martda (PA) Bellçikada keçirilən komitə iclasının ikinci günündə Avropa ittifaqı Şurasına Litvanın sədrliyi dövründə Şərq tərəfdaşlığının əsas prioritetləri müzakirə edilib. Müzakirədə Litvanın xarici işlər nazirinin müavini Vitautas Leşkeviçkus ölkəsini Avronestlə bağlı planları və bu ulin noyabr ayında Vilnusda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammiti haqqında deputatlara məlumat verib.
Modern.az-ın məlumatına görə, Azərbaycan millət vəkili və Avronest Parlament Assamblyesaının komitə sədrinin müavini Azay Quliyev çıxış edərək Avropa Prlamentinın Avronest PA ilə qarşılıqlı münasibətinin mövcud tələblərə uyğun olmadığını bildirib və bu məsələdə Avropa Parlamentini ciddi tənqid edib: “ Bizim qarşımızda duran əsas vəzifələrdən biri Avronest Parlament Assamblyasının rolunu artırmaq və onu mümükün qədər effektiv bir platformaya çevirməkdən ibarət olmalıdır. Avropa Parlamentinin bu gün Avronest Parlament Assamblyası ilə əlaqədar aydın bir strategiyası və baxışı mövcud deyildir. Sankı Avropa Parlamenti Avronestə formal bir qurum kimi baxır və onun imkanlarından tam şəkildə faydalanmaq istəmir. Avronest Parlament Assamblyası təsis ediləndə hamımızda belə bir inam vardı ki, bu qurum Avropa Parlamenti ilə şərq tərəfdaş ölkələri arasında etibarlı bir körpü rolunu oynayacaq və tərəfdaş ölkələrlə bağlı bütün məsələlər Avropa Parlamentinə çıxarılmamışdan öncə Avronest Parlament Assamblyasında müzakirə ediləcək. Ancaq bu gün təəssüflər olsun ki, biz bunun şahidi olmuruq. Avropa Parlamenti istədiyi məsələni hər hansı bir formada Avronest PA-ilə müzakirə etmədən müzakirəyə çixararaq istədiyi qətnaməni qəbul edir. O zaman sual olunur: Avronest Parlament Assamblyasını niyə yaratmısınız? Mən çox istərdim ki, Avronest Parlament Assamblyası Avropa Parlamenti ilə bərabər işləyən və şərq tərəfdaş ölkələrinin bütün məsələlərinin birgə müzakirə edildiyi etibarlı bir platformaya çevrilsin.”
Daha sonra millət vəkili Azay Quliyev Litvanın xarici işlər nazirinin müavininə son günlər Litva seymində qondarma “Dağlıq Qarabağ Respublikası ” ilə dostluq qrupu ilə əlaqədar Azərbaycanın ciddi narahatçılığını çatdırıb: “Azərbaycan Litva Seyminin bu qanunsuz qərarını beynəlxalq ictimaiyyət və o cümlədən Litva höküməti tərəfindən tanınan ərazi bütövlüyünə və suverenliyinə qarşı çox böyük hörmətsizlik hesab edir. Bu təşəbbüs Litva seyminin separatistlərə və etnik təmizləmə siyasətini aparanlara dəstək kimi qiymətləndirilir. Heç bir ölkə tərəfindən tanınmayan qondarma bir qurumla belə bir qurupun yaradılması bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir və bu qanunsuz qərara yenidən baxılmalıdır”.
Cavab olaraq litvalı nazir müavini Vitautas Leşkeviçkus bildirdi ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünə hörmət edir və bu qərar sadəcə Seymdə olan bəzi deputatıarın şəxsi təşəbbüsüdür.
Komitənin iclasından sonra deputat Azay Quliyev Avropa Parlamentinin bir sıra deputatları ilə görüş keçirib. Görüşlərdə millət vəkili avropalı həmkarlarına Ermənistanın Azərbaycanın işğal etdiyi ərazisində Xocalı aeroportunun bu ilin may ayında qanunsuz olaraq istifadəyə verməsi planları haqqında məlumat verib: “Ermənistanın bu təxribatçı addımı Çikaqo konvensiyasına tam ziddir və bu addım bölgədə vəziyyəti tam gərginləşdirməyə xidmət edir. Avropa Parlamenti Ermənistanın bu cür hərəkətinə göz yummamalı və adekvat addımlar atmalıdır ”.
Modern.az