Ötən gün Barış və Demokratiya Partiyası təmsilçiləri Diyarbəkirdə keçirilən Novruz şənliyində Türkiyədəki kürd separatçılarının lideri, ömürlük məhbus Abdulla Öcalanın kürdləri silahı yerə qoymağa çağıran müraciətini yaydı. Modern.az –ın məlumatına görə, ABŞ-ın Xarici İşlər Nazirinin sözçüsü Viktoriya Nuland adı çəkilən müraciətə Amerika adından münasibət bildirib.
O , hər iki tərəfin Türkiyədə demokratiyanı inkişaf etdirən və ölkənin bütün vətəndaşlarının həyatını yaxşılaşdıran cəhdlərini alqışladıqlarını deyib.
“ABŞ hər zaman. Və Türkiyədə 30 ildən çox davam edən şiddətin bitməsində atılan bu addım ölkəmiz tərəfindən müsbət hal kimi qiymətləndirilir. Ümumiyyətlə hökumətlə kürdlər arasında görüşlərin keçirilməsinə müsbət baxırıq. Bu mövzuda Türkiyəyə olan dəstəyimizi davam etdirəcəyik. Əldə etdikləri hər hansı bir irəliləyiş isə bizi daima maraqlandıracaq.”-deyə sözçü bildirib.
Şahanə RƏHİMLİ