Modern.az

Azərbaycan dənizçiləri Gürcüstanda saxlanılıb

Azərbaycan dənizçiləri Gürcüstanda saxlanılıb

Aktual

22 Mart 2013, 11:32

Çərşənbə günü Gürcüstan sərhədçiləri tərəfindən saxlanılan "Aydar" gəmisinin ekipaj üzvlərinin ikisi Rusiya, üçü - Ukrayna, dördü isə Azərbaycan vətəndaşlarıdır.  Modern.az  trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Sərhəd Polisinin (GSP) nümayəndəsi yayıb.

Saxlanılan Azərbaycan dənizçilərinin adları:

1. Mahir Səfərov, kapitanın baş köməkçisi
2. Bəylər Hüseynov, böyük mexanik
3. Rüfət Cəlilov, ikinci mexanik
4. Elşad Mahmudov, elektrik

GSP nümayəndəsinin sözlərinə görə, dənizçilər Gürcüstanın "İşğal edilmiş ərazilər haqqında" qanunun pozulmasında ittiham edilir və Potidə saxlanılırlar. Balıq unu və piyi daşımış gəmi neytral sularda saxlanılıb və Gürcüstanın Poti limanına aparılıb

Şahanə RƏHİMLİ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı