Modern.az

Ərdoğandan sərt mesaj: “PKK təslim olarsa döyüş dayandırılacaq”

 Ərdoğandan sərt mesaj: “PKK təslim olarsa döyüş dayandırılacaq”

Aktual

22 Mart 2013, 11:47

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan cümə axşamı bildirib ki, PKK qruplaşması ilə sülhün bağlanması bütün regiona xeyir verəcək. Modern.az – ın məlumatına görə, bu barədə xəbəri TRT Türk yayıb.


"Diyarbakırda keçirilmiş bugünkü mitinqi yaxşı siqnal kimi qiymətləndirmək olar. Amma o ki, onun iştirakçıları Türkiyənin heç bir bayrağı gətirmədilər, bu mitinqin ruhuna ziddir. Aydındır ki, PKK-çılar təslim olmalıdır və Türkiyənin ərazisini tərk etməlidirlər. Biz bu mitinqi yüksək qiymətləndiririk, amma hər şey sonrakı hadisələrdən asılıdır. Biz əminik ki, əgər pozitiv dəyişikliklər olacaqsa, onda bu proses bütün regiona xeyir gətirəcək", deyə  Ərdoğan PKK  liderinin müraciətini yüksək qiymətləndirib.


Türkiyə hökumətinin başçısı həmçinin əlavə edib ki, Türkiyə ordusu PKK-çıların təslim olmasından sonra onlara qarşı bütün döyüş əməliyyatlarını dayandırılacaq. Qeyd edək ki, Diyarbakır şəhərində keçirilmiş nümayişdə PKK başçısı Abdulla Öcalanın müraciəti oxunub. Öcalan müraciətində qruplaşmanın üzvlərini təslim olmağa, ölkənin ərazisindən döyüş dəstələrini çıxarmağa və çoxillik münaqişənin nizama salması üzrə sülh danışıqlarına başlamağa çağırıb.

 

Şahanə RƏHİMLİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı