Modern.az

Leyla Əliyeva xeyriyyə aksiyası keçirib - FOTOLAR

Leyla Əliyeva xeyriyyə aksiyası keçirib - FOTOLAR

Aktual

22 Mart 2013, 11:07

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi tərəfindən Novruz bayramı münasibətilə Moskvada xeyriyyə aksiyası təşkil olunub.

Modern.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Rusiya Mədəniyyət Fondunun Moskvadakı Xilaskar İsa Kafedral Kilsəsi ilə birgə keçirdiyi aksiya çərçivəsində Rusiyada aztəminatlı ailələrdən olan uşaqlara Novruz hədiyyələri təqdim edilib.

Xilaskar İsa Kafedral Kilsəsində keçirilmiş bayram tədbirində uşaqlara Novruz şirniyyatları, kitablar, müxtəlif hədiyyələr paylanıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı