Modern.az

Bakı işıqsız qalacaq

Bakı işıqsız qalacaq

Aktual

22 Mart 2013, 13:43

Hər il mart ayının sonunda Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən "Yer saatı" (Earth Hour) aksiyası çərçivəsində müxtəlif ölkələrdə yaşayan milyonlarla insan birləşərək 1 saatlıq elektrik enerjisindən istifadəni dayandırır.
Modern.az-ın məlumatına görə, "Yer saatı" aksiyasının Azərbaycan üzrə rəsmi tərəfdaşı olan IDEA kampaniyası və "Earth Hour Azerbaijan" cari ildə də Bakı şəhərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə müxtəlif maarifləndirici tədbirlər keçirəcək.

Bu il 23 mart tarixində yerli vaxtla saat 20:30-da Bakı şəhərinin simvolu olan Qız qalasının qarşısında start götürəcək aksiya çərçivəsində Alov Qüllələri (Flame Towers), Şirvanşahlar Sarayı, Məhəmməd məscidi, o cümlədən şəhərimizin digər 10-a yaxın müasir və tarixi binalarının fasadının işıqlandırılması bir saat müddətində dayandırılacaqdır.
Qeyd edək ki, "Yer saatı" aksiyası dünyada ilk dəfə 2007-ci ildə Sidney şəhərində keçirilmiş və təxminən 2.2 milyon insanı əhatə edib. Hazırda "Earth Hour" şəbəkəsi ilə əməkdaşlıq edən ölkələrin sayı 150-dən, iştirak edən şəhərlərin sayı isə 6900-dən çoxdur.

Ötən ildən "Yer saatı" aksiyasına qoşulan IDEA kampaniyası 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı