Modern.az

Bakıda iki rus cinayətkar yaxalandı

Bakıda iki rus cinayətkar yaxalandı

Aktual

22 Mart 2013, 14:07

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakıda iki Rusiya vətəndaşı saxlanılıb. Cinayətkarlar Baş Mühafizə İdarəsi və Çevik Polis Alayı əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Binə" ticarət mərkəzinin ərazisində yaxalanıb.

Saxlanılan şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam öldürmə) və 222-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə axtarışda olan Rusiya vətəndaşları Şamsuddin və Maqomed Axmedov qardaşlarıdır.   

Modern.az  

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...