Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda məktəblilərin 9-cu sinif şagirdləri arasında 2012-2013-cü dərs ilinin yekunlarına görə aşağıdakı naminasiyalarda müsabiqə elan edib. Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, mükafatlar adlarına görə sımvolik məna daşıyır: “hikmət”, “ismət” və “dəyanət”.
225 nəfər əlaçı və fəal məktəblinin qatıldığı müsabiqədə nümunəvi davranışından, təhsil və idman sahəsində qazanılan uğurlara görə I, II və III yerlər üçün 9 mükafat müəyyənləşib.
Deputat I yerləri qazanmış məktəblılərə uşaq istirahət düşərgələrinin birində bir həftəlik “gənc liderlər klubu”unda dincəlmək ücün yollayış, II yerlər üçün mobil telefonlar, III yerlər üçün maraqlı dəftərxana və kitab dəsti verilməsini nəzərdə tutub.
Mükafatlar qaliblərə iyun ayının sonunda, deputatın Lənkəran şəhərindəki qəbul mərkəzində təqdım olunacaq.
Qeyd edək ki, 2007-ci ildən bəri mütəmadi olaraq aparılan belə müsabiqələrdə minlərlə məktəbli iştirak edib, qaliblərin böyük əksəriyyəti ali məktəblərə daxil olmuş, ictimai-siyasi həyatda fəallıqları ilə fərqlənibdir.
Modern.az