Modern.az

Ronaldo Bakıya gəldi

 Ronaldo Bakıya gəldi

Aktual

23 Mart 2013, 12:47

DÇ-2014-ün İsrailə qarşı Təl-Əvivdə dünən keçirilən oyunundan (3:3) sonra Portuqaliya milli komandası Bakıya gəlib. 

Modern.az-ın xəbərinə görə, bu haqda Portuqaliya Futbol Federasiyasının saytı məlumat yayıb. Martın 26-da millimizlə qarşılaşacaq Portuqaliya “Bakı”nın bazasında məşq keçəcək, oyundan bir gün öncə isə Tofiq Bəhramov adına stadionda hazırlığa çıxacaq.

Qeyd edək ki, cəzalı duruma düşdüyü üçün millimizlə oyunu buraxacağına baxmayaraq, "Real"ın hücumçusu Kriştiano Ronaldo da Bakıya gəlib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı