Modern.az

Ermənistanda yenidən mitinqlər başlayır

Ermənistanda yenidən mitinqlər başlayır

Aktual

23 Mart 2013, 12:21

Ermənistan müxalifəti növbəti dəfə mitinq keçirəcək. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, prezident seçkilərində məğlub olan İrs Partiyasının sədri Raffi Ovanisyanın tərəfdarları Ermənistan hakimiyyətinə etiraz olaraq martın 29-a mitinq təyin ediblər.

Mitinq «Azad Ermənistanın and mərasimi» şüarı ilə keçirilməsi nəzərdə tutulub.

Tərəfdarları qarşısında çıxış edən Ovanisyan prezident Serj Sərkisyanın andiçmə günündə - aprelin 9-da da kütləvi etiraz aksiyaları keçirəcəklərini bəyan edib.

Anar

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...