Gürcüstan prezidenti Mixail Saakaşvili aktiv siyasətdən çəkilmək barədə fikrindən daşınıb. Modern.az-ın məlumatına görə, prezident "İmedi" telekanalının vasitəsilə siyasətdən çəkilib şəxsi həyatı ilə məşğul olmaq fikrindən tamami ilə daşındığını elan edib. Saakaşvili bildirib ki, baş nazir Bidzina İvanaşvilnin hərəkətləri onu bu addımı atmağa məcbur edib.
“Ölkədə vəziyyət müxalif güclərin qalib gəlməsindən sonra dəyişdi. Bu səbəbdəndə ölkədəki demokratik sistem təhlükə altındadır. Buna görə də biz yaxşı və ya pis olsa da yaratdığımız demokratiyanı qorumalıyıq."- deyə, prezident fikrini əsaslandırıb.
Günəş FƏRHADLI