Modern.az

PKK Türkiyədə atəşkəs elan etdi

PKK Türkiyədə atəşkəs elan etdi

Aktual

23 Mart 2013, 18:50

PKK terror qruplaşması Türkiyədə atəşkəs elan edib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Abdulla Öcalanın çağırışından sonra tərəfdarları silahı yerə qoyduqlarını bəyan ediblər.

Bu haqda terror təşkilatının aparıcı simalarında olan Murad Karayılan açıqlama verib.

"Əgər Türk dövləti, hökumət və parlament öz üzərinə düşən məsuliyyəti dərk edərək geri çəkilmə ilə bağlı lazımı qərar verərlərsə biz sözümüzün üstündə duracağıq. İndi bu zəminin yaradılmasını gözləyirik.

Əgər bizə qarşı hücum olarsa, əlbəttə güclərimiz bu hücumlar qarşısında özlərini qoruyacaqlar. Bu bizim dünyəvi bir haqqımızdır.. Yox, əgər kimsə bizə qarşı hücum etməsə tərəfadarlarımız da heç bir hərbi müdaxilə etməyəcəklər.

”-deyə M.Karayılan bildirib.

Qeyd edək ki, PKK terror təşkilatının lideri Abdulla Öcalan bir neçə gün bundan öncə İmralı cəza evindən tərəfdarlarına müraciət ünvanlayaraq silahı yerə qoymağa çağırmışdı.

A.RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı