Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xaçmaz rayonu, Nabran şəhərində “Xəzər” turizm MMC-yə məxsus “Caspian Sea” istirahət mərkəzində işçi personal üçün nəzərdə tutulmuş hər mərtəbəsi 90 kv.m olan ikimərtəbəli kotecin taxta konstruksiyadan ibarət 2-ci mərtəbəsi 90 kv.m sahədə yanıb.
Yanğın zamanı yaxınlıqda olan "Mazda" markalı minik avtomobilinin sağ hissəsi yüksən temperaturdan diformasiya uğrayıb. Kotecin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az