İsrailin baş naziri Binyamin Netanyahu Mavi Mərməzə hadisələrinə görə Türkiyədən üzr istəməsinin səbəbini açıqlayıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Binyamin Netanyahu rəsmi facebook səhifəsindən buna aydınlıq gətirib.
Baş nazir Türkiyədən üzr istməsini Suriya ilə əlaqələndirib.
"Bizim üçün ən böyük təhlükə Suriyadakı kimyəvi silahların terrorist qrupların əlinə keçməsidir" deyə bildirən baş nazir Türkiyə ilə İsrailin birgə regional problemlərə qarşı mübarizə aparacağını vurğulayıb.
Modern.az