Modern.az

Qəbələdə fəhlələr etiraz aksiyası keçirib

Qəbələdə fəhlələr etiraz aksiyası keçirib

Aktual

25 Mart 2013, 13:01

Martın 25-də, səhər saatlarında Qəbələdə "Azəri Trans” tikinti şirkətinin fəhlələri etiraz aksiyası keçiriblər.
 
Modern.az-ın məlumatına görə, aksiya iştirakçıları AzadlıqRadiosuna bildiriblər ki, işçi hüquqlarının tapdalanmasınadan, əmək müqavilələrinin olmamasından və maaşlarının azlığından şikayət edirlər.
 
Aksiyada yüzə yaxın adam iştirak edib.
 
Aksiya iştirakçıları deyiblər ki, 2 ay əvvəl çalışdıqları şirkətdən əmək müqaviləsi tələb etdiklərinə görə, 46 nəfər işdən azad edilib. Aksiyaçılar bununla bağlı Prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də məktubla müraciət ediblər.
 
Aksiyaçılarla görüşən Qəbələ Rayon İcra Hakimiyyətinin baş arxitektoru Təbriz Abdulxalıqov onların tələbləriylə tanış olduğunu, qarşıdan gələn iş günlərində problemlərin həll ediləcəyini deyib.      
 
"Azəri Trans” tikinti şirkətindən məsələyə münasibət bildirməyiblər.
 
Aksiyaya polis müdaxiləsi olmayıb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı