Modern.az

Azərbaycan-Portuqaliya oyununa 20 mindən çox bilet satılıb

Azərbaycan-Portuqaliya oyununa 20 mindən çox bilet satılıb

Aktual

26 Mart 2013, 16:55

Bu gün Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxacaq. Modern.az-ın məlumatına görə, yığmamız öz meydanında Portuqaliya millisi ilə qarşılaçacaq. Portuqaliya yığması millimiz üçün kifayət qədər tanış rəqibdi. Belə ki, Portuqaliya bundan öncə də iki seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olub.  1999-cu ildə AÇ seçmə mərhələsində səfərdə Portuqaliya yığmasına 7-0 hesabı ilə məğlub olan komandamız, cavab oyununda 1-1-lik heç-heçəyə qane olub. Növbəti dəfə 2006-ci ildə AÇ seçmə mərhələsində Portuqaliyaya səfərdə 3-0 uduzan komandamız, ev oyununda da 2-0 məğlubiyyəti qəbul edib.

 

Bu seçmə mərhələnin ilk səfər oyununda millimiz 3-0 hesabı ilə məğlub olub. Bu oyunda Portuqaliya yığmasının əsas və ulduz oyunçusu K.Ronaldonun oynamayacağını nəzərə alsaq, millimiz süpriz edə bilər.

 

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov Modern.az-a açıqlamasında bildirib ki, oyunun komissarı stadiona baxış keçirib və stadionu qəbul edib. Mərkəzi arenanın direktoru qeyd edib ki, oyuna 20 mindən çox biletin satılıb və bu gündə bilet satışı davam edir.

 

Anar Kəlbiyev

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı