Modern.az

Zəlimxan Yaqubun əməliyyatı təxirə salındı

Zəlimxan Yaqubun əməliyyatı təxirə salındı

Aktual

27 Mart 2013, 10:43


Xeyli vaxtdır böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi Zəlimxan Yaqubun əməliyyatı təxirə salınıb. Bu barədə Modern.az-a  xalq şairinin özü danışıb. O, bildirib ki, hazırda ağrılarının çox olmasına baxmayaraq, həkimlərin məsləhəti ilə əməliyyat payıza kimi təxirə salınıb.

“Hal-hazırda çox ağrıyıram. Aprelin 7-də müalicə üçün Almaniyaya gedəcəm. Əməliyyatı isə payız fəslinə saxladıq. Həkimlər bu fəsli məsləhət gördülər”-deyə xalq şairimiz bildirib.

Qeyd edək ki, Zəlimxan Yaqubun hər iki böyrəyi çıxarılıb. O, böyrək transplantasiyası üçün əməliyyat olunacaq.

 Şahanə RƏHİMLİ  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı