Modern.az

Misir hökuməti ehramları kirayə vermək istəyir

Misir hökuməti ehramları kirayə vermək istəyir

Aktual

27 Mart 2013, 12:11


Misir İqdisadiyyat Nazirliyi ölkənin iqtisadiyyatını dirçəltmək üçün yeni çıxış yolu tapıb. Modern.az-ın məlumatına görə, Nazirlik Gizada yerləşən piramidaları, Sfinksi, Luksor və Əbu –Simbədə olan ehramları kirayə vermək təklifin irəli sürüb.

Hesablamalara görə, tarixi abidələrin kirayəsi ölkə iqdisadiyyətina gələcək 5 il ərzində 200 milliard dollar gəlir gətirə bilər.
Misir Tarixi Abidələri Qorunması Birliyinin icraçı katibi Adel Abdel Səttar söyləyib ki, 2013-cü ilin yanvar ayında ona Minfindən ehramların kirayə verilməsi haqda təklif məktubu gəlib. Lakin elə o an da bu təklif şiddətlə rədd olunub.

Məsələnin siyasi tərəfinə gəlincə ehtimal olunur ki, piramidaların əsas kirayəçiləri Hüsnü Mübarəyin hakimiyytdən getməsinin tərəfdaşı olan Qətər milionçuları olacaq.

  Günəş FƏRHADLI  
Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?