Modern.az

Prezidentin cangüdəni qalmaqal salıb

Prezidentin cangüdəni qalmaqal salıb

Aktual

27 Mart 2013, 12:59


Cənubi Afrika Respublikasında keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putinin şəxsi cangüdəni az qalıb ki, yerli təhlükəsizlik xidmətinin əməkdaşı ilə əlbəyaxa davaya çıxsın.

Bu üzdən Cənubi Afrika Respublikasında keçirilən BRİKS sammiti qalmaqalsız ötüşməyib. Modern.az-ın məlumatına görə, Putinin özünü hər yerdə rahat hiss edən cangüdəninin afrikalı təhlükəsizlik əməkdaşı ilə sözü çəp gəlib. Tədbirə daxil olan zaman rusiyalı cangüdənlərdən əllərində gəzdirdikləri kiçik çemodanı təhvil vermək tələb olunub. Nəticədə qarşıdurma yaşanıb.  
İş hətta o yerə çatıb ki, Putinin cangüdənlərindən biri öz Afrikalı həmkarlarından birinin üstünə qışqırıb.


Günəş FƏRHADLI  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!