Modern.az

İsrail və Türkiyə arasında yeni anlaşmazlıq yarandı

İsrail və Türkiyə arasında yeni anlaşmazlıq yarandı

Aktual

27 Mart 2013, 14:41

İsrailin Türkiyədən üzr istəməsindən sonra iki ölkə arasındakı sular durulmağa başlamamış yeni bir anlaşılmazlıq yaranıb. Modern.az-ın türk mətbuatına əsasən verdiyi xəbərə görə, Türkiyə ilə İsrail Mavi Mərmərə hadisəsində həlak olanların ailələrinə ödəniləcək təzminatın məbləğində razılığa gələ bilmirlər. Adı açıqlanmayan mənbə Türkiyənin hər qurban üçün 1 mln dollar tələb etdiyi halda İsrail 100 min dollar təklif etdiyini bildirib.

  Mənbə vurğulayıb ki, bu həftə İsrail nümayəndəliyinin Türkiyəyə gözlənilən səfərinin  əsas mövzusunun da məhz bu iki məbləğ arasındakı 900 min dollarlıq fərqin müzakirəsi olacaq.

“İsrail həmçinin təzminatın ödəniləcəyi təqdirdə türk ailələrin İsrail hərbçiləri barədə qalldırdığı iddihamlardan imtina etmələri barədə təklifi də var ki, bu da tərəfləri razılığa gəlməkdə yeni problemlərlə üzləşdirə bilər”- deyə mənbə əlavə edib.

Elçin AĞAYEV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı