Modern.az

Azərbaycan İslam Partiyası diplomatik nümayəndəlikləri ittiham etdi...

Azərbaycan İslam Partiyası diplomatik nümayəndəlikləri ittiham etdi...

Aktual

27 Mart 2013, 15:36


“İslam partiyasının Baş Məclisinin keçirilməsi müəyyən texniki səbəblərə görə təxirə salındı”. Bunu Modern.az saytına açıqlamasında İslam Partiyasının sədr müavini Rövşən Əhmədov bildirib. Partiya funksioneri qeyd edib ki, onlar sona qədər mübarizə aparmaq niyyətlərindən geri çəkilməyəcəklər.
“Biz axırıncı bəyanatımızla bunu bir daha göstərdik. Prezident seçkisində iştirak etmək əzmindəyik və bunu həyata keçirəcəyik. Amma Azərbaycandakı diplomatik nümayəndəliklərin bəziləri məsuliyyətsiz bəyanatlar verirlər.  İslami dairələri  bu mübarizədə bir qüvvə kimi qiymətləndirmirlər. Sadəcə olaraq bizim potensialdan öz məqsədləri üçün istifadə edirlər. Belə bir vəziyyətdə seçkilərdə iştirakda israrlı olduğumuzu bəyan edirik. Hansı formatda iştirak edəcəyimiz isə Baş Məclisdə müəyyən olunacaq”-deyə bildirib. Partiya rəsmisi qeyd edib ki, bölgələrdəki görüşlərdən sonra Baş Məclis keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə Baş Məclisin martın 24-də keçirilməsi nəzərdə tutulsa da, təxirə salınıb. Həmçinin 2013-cü il prezident seçkisi ilə bağlı İslam Partiyası bəyanat verərək bütün möminləri birləşməyə çağırıb.

  Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı