Modern.az

Bakıda Uşaq Universiteti açılıb

Bakıda Uşaq Universiteti açılıb

Aktual

3 Aprel 2013, 19:22

 

Bakıda Bakı-Montessori Dahi Uşaqlar Bağçası fəaliyyətə başlayıb. Burada əsasən 2-6 yaş arası uşaqlar üçün nəzərdə tutulur. Bu bağça ənənəvi modellərdən fərqli, yeni bir təhsil-Montessori Təhsili olacaq.

Amerika, Almaniya, Avstriya, Fransa, Hollandiya, Kanada , İsveç, Finlandiya, İsveçrə, Yaponiya, İndoneziya, Çin, Malaziya, Sinqapur, Polşa, Türkiyə və s. kimi ölkələrin məktəbəqədər təhsil və tərbiyə sistemi Montessori metodu əsasında qurulub.

Montessori Uşaq Bağçasında əxlaq və mənəvi dəyərlərin tədrisi, əqli hesab və riyazi təhsil, məntiqi oyun saatları ilə diqqət artırma çalışmaları, inkişaf-yoxlama testləri həyata keçirilir.

Montessori təhsilinin özəllikləri:

Gündəlik yaşam bacarıqlarını qazandırmaq
Duyğuların təlimi
Riyaziyyat
Oxuma-yazma
Kosmik bilgilər
Əlavə dərslər:
Şahmat
Musiqi
Teatr
İngilis dili
Sənət emalatxana çalışmaları(ebru, taxta və şüşə boyama)
Botanika-bitgi çalışmaları
Bağçada təhsil və tərbiyə Beynəlxalq Montessori təhsili almış (sertifikatlı) müəllimlər tərəfindən Azərbaycan və rus dillərində həyata keçirilir.

Yemək menyusu –gündə üç dəfə olmaqla həkim–dietoloq tərəfindən hazırlanır.
Gəzintilər, sosial və mədəni tədbirlər təşkil edilir.

Nə üçün Montessori metodunu seçdik...

Montessori metodunda hər uşağa ayrıca təhsil proqramı tətbiq edilir.
Hər uşaq bir şəxsiyyətdir. Öz qavrama sürətində təhsil alır.
Montessori təhsilində hər uşağın sərbəst seçim etmək imkanı var.
Uşaq planlanlaşdırılmış mühitdə öz daxili intizamı ilə istəyinə uyğun hərəkət edir.
Uşaq çalışmanı etməyə və ya bitirməyə məcbur edilə bilməz. Çünki uşaq çalışmanı yenidən etməyə meyillidir. Yorulduqda və ya bezdikdə çalışmanı dayandırır və nə zaman davam edəcəyini özü müəyyənləşdirir.
Öz çalışmasını özü seçən uşaq onu öz potensialı ilə həll edər.
Edilən xəta müəllimlər tərəfindən göstərilməz, materiallar xəta kontrollu olduğundan uşaqlar özləri aşkar edərlər.
Montessori uşaqları fəaldırlar, istədikləri qədər hərəkət edərlər. Bunun sayəsində uşağın zehni inkişaf edər, bədəni müvazinətli, hormonik və kordinasiyalı (hərəki funksiyaları, duyğu üzvləri və taktil qabiliyyətləri ilə kompleks inkişaf) olar.

Montessori metodu uşağa nə qazandırır.....

Hər uşağın doğulan gündən təməl potensialının inkişafına kömək edər.
Məktəbə və öyrənməyə qarşı müsbət mənasibət və hisslər yaradar.
Çalışma istəyini və zövqünü inkişaf etdirər.
Bir problemi necə təyin edəcəyini və onu həll etmək üçün necə çalışacağını bilər.
Özünə və başqalarına hörmət edər.
Qayğılarını ən doğru şəkildə necə ifadə edəcəyini bilər.
Ömür boyu davam edəcək öyrənmə vərdişləri və təməl bacarıqları qazanar.
Yüksək özünəhörmət və məsuliyyət hissini mənimsəyər.
Hər zaman gördüyü işlərdə uğur qazanması üçün diqqət və konsentrasiya vərdişləri qazanar.
Təşəbbüskarlıq və faydalı vərdişləri inkişaf etdirər.
Daxili intizam və nizam hissini inkişaf etdirər.
Davranışları və rəftarı ilə müsbət mənada digərlərindən fərqlənər.
Seçmək və qərar vermək bacarığını inkişaf etdirər.

``Təhsil müəllimlərin uşaqlara sözlərlə anlatdıqları deyil, uşaqların fiziki və sosial əhatədə yaşantılarının gerçəkləşdirilməsidir``.
M. Montessori

Montessori və Ənənəvi təhsil sistemi arasındakı fərqlər:

Montessori Təhsili:
Əzbərsiz qavramlı təhsil.
Hər uşağa ayrıca təhsil proqramı.
Mükafat və cəza yoxdur.
Uşaqda daxili intizam yaradır.
Müəllim sinifdə ancaq uşağa rəhbərdir.
Sinifdə diqqət və konsentrasiya əsas amildir.

Ənənəvi Təhsil:

Mücərrəd və əzbərə sökənən metod.
Hamıya eyni təhsil proqramı.
Nizam və intizam müəllimin gücü ilə saxlanır.
Müəllim sinifdə həm də nəzarətçidir.
Diqqət və konsentrasiya dağınıqdır.

Bakı Montessori Dahi Uşaqlar Bağçası
Bir Uşaq Universiteti

Montessori təhsili almış məşhur insanlar:

Lary Page və Sergey Brin, Google və Wikopediya yaradıcıları

Will Wright, The SiMS oyunun qurucusu

Jeff Bezos, amazon.comun qurucusu

Gabriel Garcia Marquez, ədəbiyyat üzrə Nobel mükafatçısı

Şahzadə William və Şahzadə Harry, İngilis Kral ailəsi

John Bradshaw, dünyaca şöhrətli yazıçı və psixoloq

Artıq bugün insanlar Montessori təhsilini seçir

Ünvan:
Bakı şəhəri, İzzət Həmidov küç.7
Telefonlar: 0125970877; 0125971635;
Fax: 0125970938
Mobil: 0559630527
www.montessori-baku.com
www.montessori-azerbaijan.com

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı