Modern.az

Milli Məclisdə yetim uşaqlara güzəştlərlə bağlı qanun bəyənildi

Milli Məclisdə yetim uşaqlara güzəştlərlə bağlı qanun bəyənildi

Aktual

2 Aprel 2013, 13:06

Bu gün Milli Məclisin Sosial Siyasət Komitəsinin iclası keçirilir.

Modern.az xəbər verir ki, iclası komitə sədri, millət vəkili Hadı Rəcəbli açıb. Hadı Rəcəbli hər iki valideyini itirmiş uşaqların ali təhsil xərclərindən azad edilməsi ilə bağlı danışıb. O bildirib ki, bu məsələ uzun müddət onların diqqətində olub. “Nəhayət ki, prezident belə bir addım atdı və qanun layihəsini təqdim etdi. Hər iki valideynini itirmiş şəxslərin təhsil haqlarından azad olunması həm özəl, həm də bələdiyyə hesabına olan ali təhsil müəssisələrində nəzərdə tutulub. Bu günə kimi təxminən 365 nəfər təhsil müəssisələrini ödənişdən azad olunması ilə bağlı müraciət edib ki, onlardan heç birinin müraciəti qəbul olunmayıb. 166 nəfər 2009-2012-ci illərdə ali təhsil müəssisələrinə daxil olub və təhsil alıb. 19 nəfəri ödənişli təhsil alır, qalanı ödənişdən azad olunub. 128 nəfər orta ixtisas təhsili müəssisələrinə təhsil alır, 17 nəfəri isə ödənişli orta ixtisas təhsili müəssisələrində oxuyurlar. Həmin uşaqlara uşaq evlərində qalmaq imkanı da yaradılır. Belə bir addımın atılması onların xeyrinədir. Bunlara yataqxanaların tikilməsi də nəzərdə tutulub. Keçən il Dövlət Neft Şirkətinin hesabına 20 uşaq üçün belə bina tikilib. Ola bilsin ki, gələcəkdə də onlara sığınacaq tipli yataqxanaların tikilməsi davam etsin”.

 

H. Rəcəbli həmçinin vurğulayıb ki bu qanun layihəsinin qəbulunda çətinliklər var idi. “Əsas problem maliyyə ilə bağlı idi”.

 

Daha sonra isə İnzibati Xətalar və Cinayət Məcəlləsinə edilən kiçik dəyişiklərlə müzakirələr olub.

 

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 Hadi Rəcəbli sosial xidmət haqqında qanun layihəsinin çıxmasını da sosial inqilab adlandırıb.

 “Mətbuatda bu qanun layihəsi lazımınca işıqlandırılmadı. Halbu ki, ki bu sosial sahədə inqilabı bir qanun idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu qanun müzakirə olunmalıdır. Uşaqların eyni zamanda asudə vaxtının təşkili ilə bağlı da  Sədaqət Vəliyeva ilə birlikdə qanun layihəmiz var. Hətta bildiyimiz kimi bu qanun layihəsinə etiraz bildirənlər də olubdur. Qanun layihəsi artıq nazirliklərin əlindədir. Bunu başlamışıqsa davam etdirəcəyik” -deyə millət vəkili bildirib. 

 

Gültəkin Ələsgər

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı