Modern.az

Estoniya rusların ölkəyə girişini BAĞLAYACAQ

Estoniya rusların ölkəyə girişini BAĞLAYACAQ

Aktual

8 Sentyabr 2022, 14:20

Sentyabrın 19-dan Estoniya Rusiya vətəndaşlarının, o cümlədən üçüncü ölkələr tərəfindən verilmiş Şengen vizası olanların ölkəyə girişini bağlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Urmas Reisalu bildirib.

 

Reinsalu bildirib ki, qadağa turist vizası ilə səyahət edən şəxslərə şamil edilir və qohumları ilə görüşmək və digər humanitar səbəblərlə ölkəyə gəlmək istəyənlərə təsir etməyəcək.

 

Qeyd edək ki, Latviyada da yaxın on gün ərzində bu qərar qüvvəyə minəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı