ABŞ prezidenti Barak Obama aldığı aylıq əməkhaqqının müəyyən hissəsindən imtina edib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Obama maaşının 5 faizindən imtina etmək haqda qərar verib.
Prezidentin bu addımı atması ötən ay Amerikada büdcədən maliyyələşən qurumlarda həyata keçirilən kütləvi ixtisarlarda işdən çıxarılan insanlarla bağlıdır.
Ağ evin açıqlamasında qeyd olunub ki, Barak Obamanınn maaşının 5 faziri büdcəyə geri qaytarılacaq.
Qeyd edək ki, Obamanın illik əməkhaqqı 400 min ABŞ dolları civarındadır.
Modern.az