Modern.az

176 cinayətin üstü AÇILDI

176 cinayətin üstü AÇILDI

Aktual

12 Sentyabr 2022, 09:52

Sentyabrın 11-də və 12–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 176-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 14-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.    

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 128, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 158 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı