Modern.az

“Məğlub olmamışam, yalandır” – Dünya çempionu

“Məğlub olmamışam, yalandır” – Dünya çempionu

Aktual

12 Sentyabr 2022, 12:38

Azərbaycanlı kikboksçu, dünya çempionu Cabbar Mustafayev Zabit Səmədovun vida döyüş gecəsində gürcüstanlı döyüşçü İrakli Cquşiaya məğlub olması barədə xəbərə aydınlıq gətirib. 

 

Bununla bağlı Modern.az-a açıqlama verən idmançı döyüşdə uduzmadığını bildirib. 

 

"Rəqibi nakaut etsəm də, hakim buna uyğun qərar vermədi. Hakim daha sonra yanlışını başa düşüb, döyüşün nəticəsinin ləğv olunduğunu bildirdi. Gürcüstanlı rəqibim ilə Almaniyanın Frankfurt şəhərində revanş  döyüşümüz olacaq".

 

Qeyd edək ki, sözügedən döyüş 10 sentyabr tarixində keçirilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?