Modern.az

Daha 9 taxıl gəmisi Ukrayna limanlarını tərk edib

Daha 9 taxıl gəmisi Ukrayna limanlarını tərk edib

Aktual

12 Sentyabr 2022, 13:30

"Ərzaq müqaviləsi" çərçivəsində taxıl daşıyan daha 9 yük gəmisi Ukrayna limanlarından yola salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Taxıl tədarükü planlaşdırıldığı kimi davam edir. Bu gün səhər saatlarına olan məlumata görə, taxılla yüklənmiş daha 9 gəmi Ukrayna limanlarını tərk edib", -deyə məlumatda bildirilir.



Qeyd edək ki, iyulun 22-də İstanbulda Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli saziş imzalanıb.



Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı