Modern.az

Çin lideri Qazaxıstana gedir

Çin lideri Qazaxıstana gedir

Aktual

12 Sentyabr 2022, 14:10

Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nur-Sultana gedəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
 

“Sentyabrın 14-də Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin Qazaxıstanın paytaxtına dövlət səfəri edəcək”, - məlumatda deyilir.
 

Qeyd olunur ki, dövlət başçıları Qazaxıstan-Çin strateji tərəfdaşlığının möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər. Danışıqlar nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.


Fevralın əvvəlində Kasım-Jomart Tokayev Si Cinpinin dəvəti ilə Pekinə səfər edib və burada Olimpiadanın açılış mərasimində iştirak edib. Dövlət başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı