Modern.az

Əsgər hospitala düşüb - valideynləri onun döyüldüyünü iddia edir, Müdafiə Nazirliyi isə əksini deyir - VIDEO

Əsgər hospitala düşüb - valideynləri onun döyüldüyünü iddia edir,  Müdafiə Nazirliyi isə əksini deyir - VIDEO

Aktual

4 Aprel 2013, 11:53
Ağstafa rayonunda hərbi xidmət keçən əsgər Liftiyev Paşa Seydi oğlu zabit və 3 əsgər tərəfindən döyülüb. Bu barədə Modern.az-a əsgərin əmisi oğlu Elman Liftiyev məlumat verib. Onun sözlərinə görə, 3 ay bundan qabaq döyülərək xəstəxanaya gətirilən P.Liftiyev hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunur.


 

“Əsgərliyinin bitməsinə az qalmışdı, aprel ayı üçün artıq evdə olmalı idi. Zabit və 3 əsgər onun başına yumruq, təpik  ilə vuraraq döyüblər. Uşaq özündə deyil, koma vəziyyətindədir. O döyüləndən sonra vəziyyəti indiki qədər pis deyildi. Sadəcə xəstəxanaya gələndən sonra iynə vurdular. Ondan sonra əmim oğlunun vəziyyəti yaxşı deyil. 3 aydır burada imiş, heç bir yerə də məlumat verməyiblər. Valideyinlərinə deyiblər narahat olmayın, 5 günə sağalacaq və buraxacağıq. Biz hay-küy salandan sonra hüquqşünaslarını çağırıb dedilər ki, bu iş prokurorluğa getməlidir. Dedik ki, biz bu işi belə qoymayacağıq. Paşa sanki qorxur, istəyir qaçsın, dəli kimi olub”, – deyə əsgərin yaxın qohumu bildirib. “Əsgər Liftiyev Paşanın döyülməsi, təzyiq edilməsi ilə bağlı deyilənlər tamamilə yalandır. O, xəsarətdən və ya hər hansısa bir təzyiqdən hospitala yerləşdirilməyib”.

Bunu isə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev bildirib.

“Valideynlərinin məsələni indi qaldırmağı da uşağın buraxılmasına görədir. Əsgərin valideynlərinə deyilib ki, uşağında bu xəstəlik var, yəni bu dəqiqə müalicə prosedurları davam edir, qoy qurtarsın, bir neçə gündən sonra tərxis olunub sizə veriləcək. Sırf vətəndaş yanaşmasına görə əsgəri orada bir neçə gün saxlayırlar. Yəni müalicə prosesi tam başa çatsın deyə. Məsələnin kökü bundan ibarətdir. Artıq neçə müddətdir ki, Paşa Liftiyev həkim nəzarətinə götürülüb. Onun hospitalda olması sırf psixi problemi ilə bağlıdır”, – deyə Teymur Abdullayev əlavə edib.


 

Şahanə Rəhimli


Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan