Modern.az

Orta məktəblərdə keçiriləcək monitorinq imtahanının vaxtı açıqlanıb

Orta məktəblərdə keçiriləcək monitorinq imtahanının vaxtı açıqlanıb

Aktual

4 Aprel 2013, 12:08

Azərbaycanın orta məktəblərində keçiriləcək monitorinq imtahanlarının vaxtı açıqlanıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Modern.az-ın xəbərinə görə, bu il prezident İlham Əliyevin sərəncamına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycanın orta məktəblərində ilk dəfə olaraq keçiriləcək monitorinq imtahanlarının vaxtı açıqlanıb.

TQDK sədrinin sözlərinə görə, monitorinq imtahanlarına aprelin 20-dən sonra başlanacaq. O, qeyd edib ki, monitorinq imtahanlarının V və XI siniflərdə keçirilməsi qərara alınıb. Monitorinqlər XI siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat” və “Fiziki, V, “Azərbaycan dili”, “Riyaziyyat” və “Rus dili” (Azərbaycan bölməsində “Ana dili” nəzərdə tutulur).

Bu imtahanlar Bakı şəhərində aprelin 23, 24, 25-də, bölgələrdə isə mayın 6, 7, 8-də keçiriləcək.

Monitorinq imtahanları respublika üzrə 29 bölgədə 595 məktəbdə təşkil ediləcək.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan