Modern.az

Hadi Rəcəbli Neftçalada görüş keçirib - FOTOLAR

Hadi Rəcəbli Neftçalada görüş keçirib -  FOTOLAR

Aktual

4 Aprel 2013, 13:05

Bu günlərdə Neftçala rayonunda Milli Məclisin deputatı Hadi Rəcəbli sosial müdafiə sisteminin rayon rəhbərləri ilə görüş keçirib. Bu barədə Modern.az-a deputatın qərargahındn məlumat verilib.

Bildirilib ki, görüş iştirakçılarına son illər prezident İlham Əliyevin rəhbərliyi altında sosial müdafiənin təşkili istiqamətində aparılan ardıcıl, sistemli və ölçülü-biçili işlərdən danışılıb, ətraflı söhbət aparılıb. Bu sahədə hüquqi bazanın, qanunvericilik aktlarının təkmilləşdirilməsinə və respublikanın maliyyə imkanlarına uyğun olaraq ölkə qanunlarına edilən bu və ya digər əlavə, dəyişikliklərdən söhbət açılıb.

Qeyd olunub ki, sosial müdafiə sisteminin rayon bölmələrinin rəhbərlərindən, Prezidentin tələbləri baxımından əhali ilə rəftarda daha həssas, daha dəqiq və daha diqqətli olmaq gözlənilir.

Görüşdə iştirak edən bu sistemin rəhbər işçiləri adından rayon səhiyyə şöbəsinin müdiri Telman Vahidov, rayon gənclər və idman idarəsinin rəisi Yalçın Miriyev, DSMF-nin rayon şöbəsinin müdiri Elşən Həsənov və başqaları çıxış edərək onlara yaradılan işgüzar şəraitdən razılıq etdilər və rayonda bu sahədə görülən işlərdən və təcrübələrindən danışıblar.

Eyni zamanda çıxış edənlər mövcud qanunlarımızda olan bəzi boşluqlara da diqqət yetiriblər. Onlar görüş iştirakçılarını əmin etdilər ki, əhalinn sosial cəhətdən az qorunan hissəsi ilə işləyərkən diqqətli davranacaq, onların qaldırdıları məsələlərin həllində daha təmkinli, hövsələli olacaq və bu kateqoriyadan olan insanları daim qayğı ilə əhatə edəcəklər.

Görüşün sonunda rayon İcra Hakimiyyəti başçısının müavini Nəriman Xəlilov Neftçalada pensiyaçıların, əlillələrin, müharibə veteranlarının qayğı və diqqətlə əhatə olunduğunu qeyd etdi. Görüşdən sonra deputat Hadi Rəcəbli pensiyaçı, el ağsaqqalı İmamverdi  Əbilovun   evinə gedib və onun sosial durumu ilə yerindəcə tanış olub.

Görüş boyu həm dövlət məmurları, həm də sosial müdafiəyə ehtiyacı olan adamlar və ümumən Neftçalalılar respublika prezidenti İlham Əliyevin apardığı sosial siyasəti ürəkdən dəstəklədikərini və qarşıdan gələn prezident seçkilərində növbəti dəfə hamılıqla ona səs verəcəklərini bildiriblər.


Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan