Xəbər verdiyimiz kimi, aprelin 1-də keçirilən aksiyada sonra Nardaran sakinləri Bəxtiyar Qurbanov və Röyal Əsgərov sonra yoxa çıxıblar. 3 günə yaxındır ki, oğlundan xəbər ala bilməyən B. Qurbanovun atası Yaşar Qurbanov Modern.az vasitəsilə prezident İlham Əliyevə müraciət edib. Y. Qurbanov bildirib ki, aksiyadan sonra yoxa çıxan oğlu Bəxtiyar Qurbanovun tapılması üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına müraciət edir.
“Oğlum Bəxtiyar Qurbanov Nardaran aksiyasından sonra gecə evə gəlməyib və yoxa çıxıb. Deyilənə görə həbs olunub, amma harada saxlanıldığını bilmirik. Hansı dövlət orqanına gedirəmsə, heç kim bir məlumat və oğlum haqqında xəbər vermir. Bilmək istəyirəm ki, nədən oğlum haqqında bizə məlumat vermirlər. Oğlum heç bir qanunsuzluq etməyib və heç bir qanunsuzluğa yol verən uşaq deyil. Öz yerini bilən uşaqdır, sadəcə bunun necə olduğunu başa düşmürük. Nə üçün həbs olunub və harada saxlanması barədə məlumat almaq istəyirik. Prezident İlham Əliyevdən xahiş edirik ki, bu barədə bizə köməklik göstərsin. Biz ölkə rəhbərimizə inanırıq və hər zamanda ailəmizlə birlikdə onu dəstəkləyirik”.
Anar Kəlbiyev