Modern.az

Şura sədri: “Ələsgər Məmmədli hardan bilir İTV-nin sədri kim olacaq?”

Şura sədri: “Ələsgər Məmmədli hardan bilir  İTV-nin sədri kim olacaq?”

Aktual

4 Aprel 2013, 16:01

 

“Əgər İctimai Televiziya bu gün Azərbaycan televiziya mühitində öz yerini tutubsa, bu həm də Yayım Şurasının uğurlarından biridir”. Bunu Modern.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayım Şurasının sədri Cahangir Məmmədli deyib.

“İsmayıl Ömərov Azərbaycan dövlətinin iradəsi ilə yaradılmış çox gözəl bir televiziya qurdu. Və bu televiziya İctimai Televiziyanın xarakterinə uyğun olaraq 8 ildir fəaliyyət göstərir. Layihələrin hamısı göz qabağındadır. Görünən dağa nə bələdçi!? İsmayıl Ömərov çox böyük layihələr həyata keçirtdi. Azərbaycanda orijinal və xalqın tələblərini ödəyən bir radio-televiziyadır.

Yayım şurası da onun fəaliyyətini müsbət qiymətləndirir”, – deyə C. Məmmədli qeyd edib.   Yayım Şurasının sədri media eksperti Ələsgər Məmmədlinin İTV direktorunun yenidən İ. Ömərov olacağı haqda açıqlamasına da rəy bildirib: “Ələsgər Məmmədli, çox hörmət etdiyim bir insan haradan alıbdır o məlumatı ki, kim seçiləcək? Biz müsabiqə elan etmişik. Hər şey müsabiqə ilə olacaq. Yayım Şurasına aprelin 17 də və 19-da yeni 3 üzv seçiləcək. Yayım Şurası indiyə qədər nə lazımdırsa, baş direktora köməyə, televiziyanın xarakterini formalaşdırmağa qədər nə imkanı varsa edəcək”.   

Şahanə Rəhimli  

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan